İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentlər kimi qorunurlar: ofis ətrafında görünməmiş təhlükəsizlik

579 05.06.2026 22:12 Dünya A A

Gözlənilən GTA 6 oyununun hazırlanması ilə məşğul olan əməkdaşların təhlükəsizliyi üçün Rockstar Games studiyasının ofisi ətrafında misli görünməmiş mühafizə tədbirləri tətbiq olunub.

Musavat.com xəbər verir ki, ofisin perimetri boyunca 50-60 müşahidə kamerası quraşdırılıb. Əraziyə sutka ərzində 3-4 mühafizə əməkdaşı nəzarət edir və onlar daim patrul xidməti aparırlar.

Məlumata görə, studiyanın yerləşdiyi ərazi yaxınlığından təxminən hər 20 dəqiqədən bir polis avtomobili siqnallarla keçir. Bəzi əməkdaşlar iş gününün sonunda taksi və polis ekipajlarının müşayiəti ilə evlərinə yola salınırlar.

Qeyd olunur ki, ciddi təhlükəsizlik tədbirləri GTA 6 ətrafında yaranmış böyük maraq, çoxsaylı məlumat sızmaları, şayiələr və məxfi məlumatları əldə etməyə yönəlmiş cəhdlərlə əlaqədardır.

Qeyd olunur ki, GTA 6-nın buraxılışı daha əvvəl 2025-ci il üçün planlaşdırılsa da, sonradan 2026-cı ilin sonuna təxirə salınıb. Oyunun ətrafında maraq və gözləntilər isə artmaqda davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR