İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarpızın şirin olub-olmadığını necə bilmək olar?

531 05.06.2026 22:07 Maraqlı A A

Yayın gəlişi ilə süfrələrin bəzəyinə çevrilən qarpızı seçmək bəzən püşk atmağa bənzəyir. Xarici görünüşü eyni olan meyvələr kəsiləndə tamamilə fərqli çıxa bilir. Bəziləri sulu və şirin, bəziləri isə dadsız və kal olur. Təcrübəli satıcıların və dadlı qarpız seçmək istəyənlərin bildiyi sadə üsullar isə bu riski sıfıra endirir.

Qarpız alarkən ilk diqqət yetirilməli məqam onun altındakı sarı ləkədir. Bostanda torpaqla təmasda olan bu hissə nə qədər tünd sarı və ya narıncıya yaxın olarsa, meyvənin toraqda bir o qədər çox qaldığını və şirinləşdiyini göstərir. Ağ və ya açıq rəngli ləkələr isə qarpızın vaxtından tez dərildiyinə işarə edir.

Meyvənin qabığı da dadı barədə ipucu verir. Mat rəngli qarpızlar təbii yetişmə dövrünü tamamlamış sayılır. Parıldayan qabıq isə çox vaxt məhsulun hələ tam hazır olmadan yığılmasından xəbər verir.
Çoxlarının istifadə etdiyi qapazlama üsulu da boşuna deyil. Qarpıza yüngülcə vurduqda dərindən və tox səs gəlirsə, deməli, içi sulu və doludur. Boğuq səs gələn meyvələr isə gözlənilən dadı vermir.

Eyni ölçüdə olan iki qarpız arasında seçim edərkən ağır olanına üstünlük verilməlidir. Tərkibində suyun miqdarı çox olan qarpız əldə daha ağır hiss olunur və kəsiləndə daha bərk, ləzzətli çıxır. Bu xırda detallara diqqət etməklə yay boyunca hər kəsi heyran edəcək qarpız seçmək mümkündür.//Demokrat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR