İnsanlara hürriyət, millətlərə istiqlal!

100-cü Azərbaycan derbisində “Xudayar təsnifi” VİDEO

1234 09.11.2025 19:46 İdman A A

Bu gün Azərbaycan Premyer Liqasında 100-cü Azərbaycan derbisidir.

Musavat.com-un məlumatına görə, ölkə çempionu “Qarabağ” “Neftçi”ni qəbul edir.

Ağdam klubu əzəli rəqibini məğlub edərsə, yenidən liderliyə yüksəlmək şansı qazanacaq. İlk yarı qolsuz bərabərliklə yekunlaşıb. Birinci hissədə duyğusal anlar yaşanıb. Belə ki, futbolçular şəhid övladları ilə birgə meydançaya çıxıblar. Oyunun ilk yarısının sonlarında Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında “Xudayar təsnifi” səsləndirilib. Azarkeşlər sırasında X.Yusifzadənin anası və bir sıra digər şəhidlərimizin valideynləri də olub.

44-cü dəqiqədə isə “Qarabağ” azarkeşləri “Şəhidlər ölməz”, hayqırıb, “Neftçi” azarkeşləri isə “Vətən bölünməz” deyə, onlara qarşılıq veriblər.

Qeyd edək ki, bu tur Vətən müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə “Zəfər turu” adlandırılıb və oyunlar rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.

11-ci turun son iki matçında əvvəlcə “Kəpəz” və “Sabah” qarşılaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR