İnsanlara hürriyət, millətlərə istiqlal!

15 yaşlı belçikalı dahidən inanılmaz nailiyyət – ikinci doktorluq işini müdafiə etdi, üçüncüsünü yazır

1361 08.12.2025 04:48 Dünya A A

Belçikada “möcüzə uşaq” kimi tanınan və dünya elmi çevrələrində adı fenomen kimi hallanan Loran Simons yeni sensasiyaya imza atıb.

Cəmi 15 yaşında olan gənc dahi kvant fizikasından ikinci doktorluq işini müdafiə edib və hazırda üçüncü dissertasiyasını yazır.

Musavat.com-un məlumatına görə, Loran uşaq yaşlarından qeyri-adi intellekti ilə seçilir. O, 8 yaşında məktəbi bitirib, daha sonra dərhal universitetə daxil olub və bütün təhsil mərhələlərini rekord sürətlə tamamlayıb. Hazırda o, Münhendə elmi araşdırmalar aparır.

“Superinsanlar yaratmaq istəyirəm”

Gənc alim açıqlamasında bildirib ki, gələcəkdə genetika və süni intellekt sahəsində tədqiqatlar apararaq “superinsanlar yaratmağı” hədəfləyir. Onun təsəvvüründə bu insanlar Maykl Cordan kimi tullanan, Olimpiya atletləri kimi qaçan yüksək fiziki imkanlara malik bio-təkmilləşdirilmiş insanlar ola bilər.

Simons dünyanın aparıcı elmi mərkəzlərində təcrübə keçib, həmçinin Papa Fransisk və bir neçə Nobel laureatı ilə görüşüb.

Dahinin bir yeniyetmə həyatı da var

Bütün fövqəladə uğurlarına baxmayaraq, valideynləri onun normal yeniyetmə həyatı yaşamasına xüsusi diqqət yetirirlər. Loran kartinqə maraq göstərir, dostları ilə kinoya gedir, musiqiyə qulaq asır və zarafatla etiraf edir:

“Bəzən sadəcə rəqs etmək istəyirəm”. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR