İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ böyük hazırlıqda: Yaxın Şərq qan çanağına dönməyin bir addımlığındadır

624 23.07.2026 09:06 Siyasət A A

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır, oraya əlavə qoşun və silah yerləşdirir və İrana qarşı əməliyyatının mümkün genişləndirilməsinə hazırlaşır.

Musavat.com xəbər verir ki, məlumatı "The Wall Street Journal" mənbələrə istinadən yayıb. Bildirilir ki, son bir həftə ərzində xüsusi əməliyyat qüvvələri ABŞ-dakı bazalardan Yaxın Şərqə köçürülüb. Bundan əlavə, Yaxın Şərqdə döyüşlərdə yaralanan Amerika hərbçilərinin göndərildiyi Almaniyadakı Landstuhl Tibb Mərkəzinə 150-dən çox tibb işçisi gəlib. Mənbə qeyd edib ki, qırıcı eskadrilyalar regiondakı aviabazalara yerləşdirilib və ABŞ və Böyük Britaniyadakı bazalardakı bombardmançı təyyarələr yüksək hazırlıq vəziyyətinə gətirilib.

Qəzet vurğulayır ki, bütün bunlar ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatları artırmağı planlaşdırdığını göstərir.

İyulun ortalarında The Wall Street Journal qəzeti Trampın əsas vəzifəli şəxslərlə bir neçə görüşdən sonra İrana qarşı hərbi əməliyyatları gücləndirməyə meylləndiyini yazıb. Nəşrin mənbələrinə görə, ABŞ administrasiyası tərəfindən nəzərdən keçirilən variantlar arasında İranın bombardmanını gücləndirmək, Hörmüz boğazındakı adaları ələ keçirmək üçün quru qoşunlarının göndərilməsi və İranın enerji obyektlərinə zərbələr endirmək var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR