İnsanlara hürriyət, millətlərə istiqlal!

"Diva"nın həyatından bəhs edən film çəkilir

226 23.07.2026 03:39 Şou-biznes A A

Türkiyə musiqisinin canlı əfsanəsi, "Diva" ləqəbi ilə tanınan Bülent Ersoyun həyatından bəhs edən bioqrafik bədii filmin çəkilişinə hazırlıq işlərinə başlanılıb.

Sənətçinin 50 ildən artıq davam edən zəngin sənət yolu və şəxsi həyatının indiyədək ictimaiyyətə məlum olmayan məqamlarını əks etdirəcək ekran əsərinin ilkin ssenari xülasəsi (tretman) artıq tamamlanıb.

Layihənin ssenarisi tanınmış ssenarist Mine Şengöz tərəfindən hazırlanıb. İlkin ssenari Bülent Ersoya təqdim olunub və sənətçi onu nəzərdən keçirərək rəsmi şəkildə təsdiqləyib. Bununla da filmin istehsal mərhələsinə start verilib.

Məlumata görə, bioqrafik filmin tam ssenarisi avqust ayında tamamlanacaq. Bundan sonra filmin rejissoru, prodüser heyəti və baş rolları canlandıracaq aktyorların adları ictimaiyyətə açıqlanacaq.

Ekran əsərində Bülent Ersoyun musiqi karyerasının ən önəmli mərhələləri, şəxsi həyatında yaşadığı çətinliklər, sənət uğrunda apardığı mübarizə və Türkiyə musiqisinə verdiyi töhfələr ətraflı şəkildə təqdim olunacaq. Filmdə həmçinin sənətçinin bu günə qədər geniş ictimaiyyətə məlum olmayan həyat epizodlarına da yer veriləcəyi bildirilir.

Kino mütəxəssisləri layihənin böyük maraqla qarşılanacağını və son illərin ən çox müzakirə olunan bioqrafik filmlərindən birinə çevrilə biləcəyini qeyd edirlər.//Demokrat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR