İnsanlara hürriyət, millətlərə istiqlal!

1937-ci ildən bu günə: Konstantinovka şəhərinin sirri açıldı, ölüm-dirim məsələsi

1384 05.07.2026 01:22 Dünya A A

Ukraynanın Konstantinovka şəhəri uğrunda gedən döyüşlər fonunda şəhərin az bilinən tarixi də yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi 6 iyul saat 12:00-dan 18:00-dək Konstantinovkada humanitar fasilə elan olunmasını təklif edib. Moskvanın açıqlamasına görə, məqsəd həlak olmuş Ukrayna hərbçilərinin meyitlərinin döyüş bölgəsindən çıxarmaqdır.

Bu çağırış Rusiya Prezidenti Vladimir Putinin Konstantinovkanın nəzarətə götürüldüyünü bəyan etməsindən sonra səsləndirilib. Ukrayna tərəfi isə həmin açıqlamanı təkzib edərək şəhərin tam ələ keçirilməsi barədə məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

Konstantinovka hərbi-strateji əhəmiyyətindən əlavə, tarixi baxımdan da Moskva üçün xüsusi simvolik dəyərə malikdir. Belə ki, 1937-ci ildə məhz Konstantinovka şüşə zavodunda Kremlin qüllələrini bəzəyən məşhur qırmızı rubin ulduzlar üçün xüsusi rubin şüşə hazırlanmışdı. Həmin ulduzlar sonradan Kremlin əsas rəmzlərindən birinə çevrilib.

Rusiya rəhbərliyi şəhəri Donbasın mühüm nəqliyyat və sənaye mərkəzlərindən biri hesab edir. Moskvanın qiymətləndirməsinə görə, Konstantinovka Slavyansk–Kramatorsk müdafiə xəttinin əsas dayaqlarından biridir.

Hazırda tərəflərin mövqeləri fərqlənir: Rusiya şəhərə nəzarəti ələ keçirdiyini bildirir, Ukrayna isə bu məlumatı qəbul etmir və bölgədə döyüşlərin davam etdiyini vurğulayır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR