Musavat.com xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ölkə tarixində ən böyük qaz sazişini təsdiqləyib. Razılaşma İsrail və Misir arasında bağlanıb və onun ümumi dəyəri 35 milyard ABŞ dolları təşkil edir.
Netanyahu bildirib ki, sazişi İsrailin təhlükəsizlik və digər həyati maraqları qorunduğuna əmin olduqdan sonra təsdiqləyib.
“Bu qərarı ölkəmizin təhlükəsizlik və əsas maraqlarının təmin olunduğunu gördükdən sonra verdim. Təfərrüatlara girməyəcəyəm”, – deyə baş nazir qeyd edib.
Musavat.com






