İnsanlara hürriyət, millətlərə istiqlal!

50 dəqiqəlik rəqs, bir anlıq qərar: dişi bəyənməsə, erkəyi yeyir - Hörümçəklərdə amansız "qanun" VİDEO

1211 06.02.2026 02:48 Maraqlı A A

Avstraliyada yaşayan və ölçüsü cəmi 5 millimetr olan tovuzquşu hörümçəyi kiçik bədəninə baxmayaraq, həşəratlar üçün son dərəcə təhlükəli yırtıcıdır. O, ovunu aqressiv şəkildə təqib edir və həşəratlar üçün ölümcül, insan üçün isə zərərsiz olan zəhərə malikdir.

Musavat.com xəbər verir ki, bu növün həyatındakı ən kritik anlar ov zamanı yox, məhz cütləşmə prosesində yaşanır. Parlaq rəngli erkək hörümçək dişinin qarşısında son dərəcə mürəkkəb və diqqətçəkən sevgi rəqsi nümayiş etdirir. Bu rəqs bəzən 50 dəqiqəyədək davam edə bilər.

Bir qədər iri ölçüyə malik dişi hörümçək bu müddətdə erkəyi diqqətlə izləyir və sanki “qərar verir”. Əgər rəqs onun xoşuna gələrsə, erkəyin nəsil buraxmaq şansı yaranır. Əks halda isə rəqs bir anda ölüm hökmünə çevrilir – dişi erkəyi yeyir.

Maraqlısı odur ki, hətta cütləşmə uğurla başa çatsa belə, erkəyin həyatı tam təhlükəsiz sayılmır. Çünki bəzi hallarda dişi hörümçək onu sonradan da ovlaya bilər. Təbiətdə sevgi bəzən belə amansız olur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR