Çeçenistan prezidenti Ramzan Kadırovun oğlu Adəm Kadırov yüksək sürətlə avtomibil idarə etməyini sosial şəbəkələrdə paylaşıb.
Musavat.com xəbər verir ki, yayılan videoda Adəm Kadırov rusiyalı MMA döyüşçüsü Turpal-Əli Edilovla birlikdə qoşa bütöv xətti keçərək qarşı hərəkət zolağına çıxır və sürət həddinin 50 km/saat olduğu ərazidə avtomobili 112 km/saat sürətlə idarə edir.
Rusiyada bu cür qayda pozuntularına görə sürücülük vəsiqəsindən məhrumetmə cəzası nəzərdə tutulur. Lakin sosial şəbəkə istifadəçiləri bu görüntülərlə bağlı qanunun tətbiq edilib-edilməyəcəyi barədə müzakirələr aparırlar.
Musavat.com






