İnsanlara hürriyət, millətlərə istiqlal!

613 azərbaycanlının qatili olan rus ordusu – xalq onları UNUTMAYACAQ!

1157 26.02.2026 15:54 Yaxın tarix A A

Xocalı faciəsinin ildönümündə 366-cı rus motoatıcı alayın soyqırımda iştirakı xüsusilə vurğulanmalıdır. Çünki bu hərbi birləşmənin ağır texnikası və canlı qüvvəsi olmadan dinc əhaliyə qarşı belə miqyaslı qətliamın törədilməsi bəlkə də mümkün olmazdı. Bu, təkcə lokal hərbi toqquşma deyil, dövlət dəstəyi və hərbi təminat olmadan həyata keçirilməsi çətin olan planlı bir cinayət idi.
Sonrakı illərdə Azərbaycan torpaqlarının işğalı prosesində də Rusiyanın hərbi-siyasi təsiri, silah təminatı və regiondakı strateji mövqeyi açıq şəkildə hiss olunurdu. Ona görə görə də baş verənlər erməni işğalı deyil, rus-erməni işğalı idi.

"Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Musavat.com-a bildirib ki, soyqırımı törədənlər təkcə ermənilər deyil, ruslar da olub: "Rusiyanın 366-cı alayı bu prosesdə fəal iştirak etmişdi. Bundan əvvəl biz sovet-rus ordusunun Bakı şəhərində törətdiyi 20 Yanvar faciəsinin şahidi olmuşduq, o acını yaşamış, çətin məqamlardan keçmişdik. Üstündən bir neçə il keçdikdən sonra bu dəfə Rusiya ordusunun iştirakı ilə azərbaycanlılara qarşı ermənilər növbəti soyqırımı yaşatdılar. Bu, insanlığa qarşı törədilmiş faciə idi, 613 nəfər şəhid edildi".

M.Göyüşlü qeyd edib ki, biz illər keçdikdən sonra bu soyqırımın izlərini ortaya çıxarmış olduq, hadisəni törədənlərin bir qismini ədalət məhkəməsinə çıxartdıq: "Nəticədə bəziləri ömürlük, bəziləri isə 20 illik cəza aldılar. Düşünürəm ki, artıq Azərbaycan xalqına qarşı heç kimsə bundan sonra belə dəhşətli anları yaşada bilməz. Dövlətimizin gücü sayəsində bundan sonra xalqımıza qarşı belə hadisələr törətmək istəyənlər layiqli cavabını alacaq. Azərbaycan xalqı bu faciəni törədənləri, onların qurbanlarını heç zaman unutmayacaq. Hər ildönümündə biz Bakıdakı “Ana harayı” abidəsini ziyarət edərək, Xocalıya qayıdan, oradakı insanların quruculuq və abadlıq işlərin görməsinə baxaraq, yaşamasını müşahidə edərək bir növ təsəlli tapmış oluruq. İndi daha güclü, əzmkar və ümidli şəkildə gələcəyə doğru addımlayırıq".

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR