ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem ölkəyə girişə qadağa qoyulan vətəndaşların siyahısının əhəmiyyətli dərəcədə genişləndiriləcəyini açıqlayıb. The Guardian yazır ki, söhbət 30-dan çox ölkədən gedir.
Musavat.com-un məlumatına görə, Noem bildirib ki, bu qərar ABŞ-ın təhlükəsizlik tədbirlərini gücləndirmək və miqrasiya axınlarını daha sərt nəzarətə almaq məqsədi daşıyır:
“Noem vurğulayıb ki, bu addım ölkəyə nəzarətsiz girişlərin qarşısını almaq və milli təhlükəsizlik risklərini minimuma endirmək üçün atılır”.
Yeni məhdudiyyətlərin detalları və siyahıya düşən ölkələrin adları yaxın günlərdə açıqlanacaq.
Musavat.com






