İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Lykoyl-un aktivlərini ələ keçirmək üçün unikal sxem hazırlanıb

505 12.12.2025 00:44 İqtisadiyyat A A

ABŞ Lukoyl-un xaricdəki çoxmilyardlıq aktivlərini nağdsız qaydadaəldə etmək üçün xüsusi sxem hazırlayır.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, Rusiya şirkəti xarici aktivlərinin nağd ödənişlər olmadan əldə edilməsi üçün olduqca qeyri-ənənəvi bir sxem təklif edən Amerika investisiya bankı Xtellus Partners-dən gələn təklifi qəbul etməyə meyllənir.

Sxem Amerika investorları tərəfindən saxlanılan Lukoyl qiymətli kağızlarının ümumi dəyəri 22 milyard dollar olan neft emalı zavodları, qaz layihələri və yanacaqdoldurma məntəqələri şəbəkəsi daxil olmaqla qlobal aktivləri ilə dəyişdirilməsini nəzərdə tutur

Sazişin nəticəsi olaraq, Lukoil, əslində, nağd pul almadan öz qiymətli kağızlarını geri alacaq və bu da potensial olaraq sazişi ABŞ tənzimləyiciləri üçün daha məqbul hala gətirəcək.

Xatırladaq ki, sanksiyaların tətbiqindən sonra ABŞ Maliyyə Nazirliyi Lukuyl-a təxminən 22 milyard dollar dəyərində olan bütün xarici aktivlərini 17 yanvar 2026-cı ilə qədər satmağa icazə verib.

Danışıqlar davam edir və Reuters-in məlumatına görə, Xtellus Rusiya iqtisadiyyatının ən böyük sanksiyalı aktivlərindən biri üçün təklifi qazanmağa ən yaxın şirkət olaraq qalır. Xtellus-un tenderdəki rəqibləri arasında Carlyle və Chevron da var idi.

Proses ABŞ Maliyyə Nazirliyinin təsdiqinə ehtiyac və Rusiya hakimiyyət orqanlarının mümkün təsdiqi, eləcə də sazişin baş tutmaması halında məhkəmə iddiaları riski ilə mürəkkəbləşir.

Belə ki, Lukoyl ilə hər hansı bir sövdələşmə ABŞ Maliyyə Nazirliyinin rəsmi təsdiqini tələb edir.

Vaşinqton isə ciddi tələblər qoyub:

- saziş ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olmalıdır;

- Lukoyl xarici aktivlərlə əlaqələrini kəsməlidir;

- şirkət heç bir maliyyə faydası ala bilməz;

- sanksiyalar tamamilə qaldırılana qədər vəsaitlərə çıxış bloklanacaq.

Lukoyl-a heç bir dərhal fayda verməyən nağdsız mübadilənin ən məqbul ssenari hesab edilməsinin səbəbi budur.

Lakin Xtellus sxemi də ciddi risk daşıyır: səhm mübadiləsi Vladimir Putinin şəxsi təsdiqini tələb edə bilər, çünki Rusiya qiymətli kağızları ilə xaricdə ticarət 2022-ci ildən bəri faktiki olaraq qadağan edilib.

Əgər müqavilə yanvar ayına qədər bağlanmasa:

-şirkətin xarici aktivləri hüquqi cəhətdən qeyri-müəyyən vəziyyətdə qalacaq; onlar yerli tənzimləyicilər tərəfindən müsadirə edilə bilər;

Lukoyl qərardan yalnız sanksiyalar potensial olaraq qaldırıldıqdan sonra apelyasiya verə biləcək.

Sxem Moskvanı Ukrayna ilə bağlı sülh danışıqlarına məcbur etmək üçün təzyiqin bir hissəsidir və Qərb maliyyə alətlərinin beynəlxalq səhnədə Rusiya bizneslərinin resurslarını məhdudlaşdırmaq üçün necə istifadə edilə biləcəyini nümayiş etdirir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR