ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Nikolas Maduronun saxlanılması ilə bağlı keçirilən əməliyyata münasibət bildirib.
Musavat.com xəbər verir ki, Uoltsun sözlərinə görə, baş verənlər rejim dəyişikliyi yox, hüquqi ədalətin bərpasıdır.
ABŞ rəsmisi Maduronun “ittiham olunan, qeyri-legitim diktator” olduğunu vurğulayıb. Onun sözlərinə görə, Nikolas Maduro beynəlxalq səviyyədə narkoterror təşkilatı kimi tanınan bir şəbəkəyə rəhbərlik edib və bu struktur ABŞ vətəndaşlarının öldürülməsinə görə məsuliyyət daşıyır.
“Bu əməliyyat rejim dəyişikliyi məqsədi daşımır. Bu, ədalətin yerini tapmasıdır. Mən ABŞ-ın peşəkar hərbçilərinə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”, - deyə Mayk Uolts qeyd edib.
Venesuela ətrafında baş verən hadisələr beynəlxalq aləmdə ciddi rezonans doğurub və ABŞ rəsmilərinin açıqlamaları Karakas–Vaşinqton xəttində gərginliyi daha da artırıb.
Musavat.com






