İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən Belarusla bağlı ŞOK QƏRAR

1103 13.12.2025 16:20 Dünya A A

ABŞ Belarusun əsas ixrac məhsullarından biri olan kalium gübrələrinə qarşı sanksiyaların götürülməsi barədə qərar verib.

Musavat.com bildirir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko ilə aparılan danışıqlardan sonra Donald Trampın Belarus üzrə xüsusi nümayəndəsi Con Koul açıqlama verib.

Onun sözlərinə görə, Vaşinqton və Minsk arasında daimi təmaslar mövcuddur:

“Biz sanksiyaları ləğv edirik, məhbusları azad edirik. Biz bir-birimizlə davamlı danışırıq”.

Məlumata görə, yaxın vaxtlarda 150-dən çox belaruslu siyasi məhbusun azad ediləcəyi də elan oluna bilər.

Qeyd edək ki, kalium gübrələri Belarus iqtisadiyyatının əsas sütunlarından biridir. Sanksiyalardan əvvəl bu sahə ölkəyə ildə milyardlarla dollar gəlir gətirirdi. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR