İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya raketləri Wildberries anbarına düşdü: 7 ölü, onlarla yaralı  

444 18.07.2026 08:40 Dünya A A

Ötən gecə Ukrayna Rusiya ərazisinə dron zərbələrini davam etdirib.

Sosial şəbəkələrdə Rusiya vətəndaşlarının çəkdiyi və Tambov vilayətinin Kotovsk şəhərində Rusiya hava hücumundan müdafiə qüvvələrinin Ukrayna dronlarını vurmağa çalışarkən raketlərin yaşayış və digər binalara düşdüyünü göstərən görüntülər yayılıb.

Ukrayna kanalları bu görüntülərə əsasən raketlərin Wildberries anbarına düşdüyünü yazdıqdan bir neçə saat sonra Rusiya tərəfi anbara Ukrayna dronunun zərbə endirdiyinə dair məlumat yayıb.

Tambov vilayətinin qubernatoru Yevgeni Pervışov iddia edib ki, Kotovskdakı Wildberries logistika mərkəzinə dron hücumu nəticəsində yeddi işçi həlak olub, ilkin hesablamalara görə isə 24 nəfər yaralanıb: "Düşmənin Wildberries logistika mərkəzinə endirdiyi pilotsuz təyyarələrin zərbələri nəticəsində gecə növbəsinin yeddi işçisi həlak olub. İlkin məlumatlara görə, 24 nəfər yaralanıb. Bütün qurbanlar Kotovsk və Tambovdakı tibb müəssisələrində lazımi tibbi yardım alırlar".

Vilayət qubernatoru əlavə edib ki, Wildberries anbarında baş verən açıq yanğın söndürülüb və yanğınsöndürmə işləri davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR