İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah yağış yağacaq, şimşək çaxacaq

916 17.07.2026 23:55 Son xəbər A A

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, iyulun 18-də mülayim şimal-qərb küləyi əsəcək və havanın temperaturu gecə 22-26° isti, gündüz 30-35° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-60 % təşkil edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR