Dünyanın ən sıx məskunlaşan şəhərlərinin siyahısında yeni lider müəyyənləşib.
Musavat.com xəbər verir ki, İndoneziyanın paytaxtı Cakarta 41,9 milyon nəfərlik əhalisi ilə rəqiblərindən fərqi artıraraq dünyanın ən sıx məskunlaşan şəhəri olub.
Siyahıda Cakartadan sonra Banqladeşin paytaxtı Dəkkə ikinci, Yaponiyanın paytaxtı Tokio isə üçüncü yerdə qərarlaşıb.
Mütəxəssislər hesab edirlər ki, Cakartanın əhalisinin sürətlə artması urbanizasiya, daxili miqrasiya və iqtisadi imkanların paytaxtda cəmləşməsi ilə bağlıdır.
Musavat.com






