İnsanlara hürriyət, millətlərə istiqlal!

FİFA kütləvi etirazlardan sonra qərar dəyişdirdi

271 18.07.2026 04:32 İdman A A

FİFA futbol dünyasında müzakirələrə səbəb olan yeni qərarını rəsmən təsdiqləyib.

Verilən rəsmi açıqlamaya görə, Dünya Kubokunun final matçında fasilə müddəti ümumilikdə 17 dəqiqə çəkəcək. ​Zamanın idarə olunması daxili qrafiklə növbəti şəkildə müəyyən edilib:

​11 dəqiqə musiqi şousu: Finalın fasiləsində baş tutacaq musiqili performanslar tam olaraq 11 dəqiqə davam edəcək.

​Səhnə və meydança hazırlığı: Yerdə qalan zaman kəsiyi isə şou səhnəsinin qurulması, çıxışdan sonra dərhal sökülməsi və ot örtüyünün sulanması üçün istifadə olunacaq.

Qeyd edək ki, FİFA daha əvvəl şou-proqram üçün fasilənin 30 dəqiqə olmasına qərar vermişdi. (Offsideplus.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR