İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqlığımızın unudulmaz qəhrəmanı: məşhur dünya ulduzu vəfat etdi

269 18.07.2026 01:31 Şou-biznes A A

81 yaşında vəfat edən Brenda Fricker kino dünyasını yasa boğub.

Musavat.com xəbər verir ki, irlandiyalı aktrisa Brenda Fricker uzun sürən səhhət problemlərindən sonra dünyasını dəyişib.

Fricker 1990-cı ildə "My Left Foot" filmindəki roluna görə "Ən yaxşı ikinci plan qadın rolu" nominasiyasında "Oskar" mükafatını qazanaraq bu mükafata layiq görülən ilk irlandiyalı aktrisa olmuşdu.

O, dünya tamaşaçılarının yaddaşında isə daha çox 1992-ci ildə ekranlara çıxan "Evdə tək 2: Nyu-Yorkda itib" filmində canlandırdığı xeyirxah "Göyərçin qadın" obrazı ilə qalıb. Brenda Fricker altı onillikdən çox davam edən aktyorluq karyerası ərzində "The Field", "A Time to Kill", "Veronica Guerin" və digər məşhur filmlərdə də rol alıb.

Aktrisanın vəfatı kino ictimaiyyətində böyük kədər yaradıb və həmkarları onun sənət irsini ehtiramla yad ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR