İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən təcili çağırış: İranı dərhal tərk edin

5652 22.04.2026 21:00 Gündəm A A

ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını İrandan təcili şəkildə çıxmağa çağırıb. Musavat.com xəbər verir ki, rəsmi açıqlamada ABŞ vətəndaşlarına yerli medianı izləmək, uçuşlarla bağlı məlumatları kommersiya daşıyıcılarından dəqiqləşdirmək tövsiyə olunur.

Bildirilib ki, İrandan çıxmaq istəyənlər quru yol ilə Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistana keçə bilərlər. Eyni zamanda ABŞ vətəndaşlarına Əfqanıstana, İraqa, eləcə də Pakistan və İranın sərhəd bölgələrinə səfər etməmək tövsiyə olunub.

Açıqlamada qeyd edilir ki, İran hakimiyyəti ABŞ vətəndaşlarının ölkədən çıxışına mane ola və ya çıxış üçün əlavə rüsum tələb edə bilər. Həmçinin ikili vətəndaşlığı olan şəxslərin İranı yalnız İran pasportu ilə tərk etməli olduqları vurğulanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR