İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ donanması İran sahillərinə ÇATDI  FOTO

1064 08.02.2026 19:53 Dünya A A

ABŞ Donanmasının ən güclü döyüş gəmilərindən biri olan USS Peterson (DDG 121) bir neçə saat əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Fujayra limanına daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Bildirilir ki, gəmi İranın ən yaxın sahili, Cask limanından cəmi 150 kilometr məsafədə hərəkət edir.

Qeyd edək ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper və ABŞ prezidentinin kürəkəni Cared Kuşner fevralın 7-də Ərəb dənizində yerləşən “USS Abraham Lincoln” aviadaşıyıcısının göyərtəsində amerikalı hərbçilərlə görüşüblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR