İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hərbi gəmidən fotolar yaymağa məcbur oldu – Personal ac deyil

1595 19.04.2026 00:56 Gündəm A A

ABŞ Hərbi Dəniz Qüvvələri İran yaxınlığında yerləşən hərbi gəmilərlə bağlı yayılan iddialara cavab olaraq yeni görüntülər paylaşmalı olub.

Musavat.com xəbər verir ki, yayılan fotolar USS Abraham Lincoln (CVN-72) aviadaşıyıcısı və USS Tripoli (LHA-7) desant gəmisində ekipajın qidalanma şəraitini əks etdirir.

Məlumata görə, hər iki gəmi hazırda İran yaxınlığında – Ərəb dənizində fəaliyyət göstərir və bölgədəki gərginlik fonunda xidmətini davam etdirir.

Son günlər müxtəlif mənbələrdə bu gəmilərdə ərzaq çatışmazlığı və şəxsi heyətin ağır şəraitdə olması ilə bağlı xəbərlər yayılmışdı. Həmin iddialarda təchizat zəncirində yaranan problemlərin buna səbəb olduğu qeyd edilirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR