Hindistan Rusiyadan Su-57 qırıcı təyyarələri və S-500 HHM-lərinin alınmasını planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Rusiya prezidenti Vladimir Putinin Hindistana səfəri zamanı tərəflər ən müasir Rusiya silah sistemlərinin alınmasını müzakirə edəcək.
Nəşrin yazdığına görə, danışıqlar ABŞ-ın müdafiə əməkdaşlığını məhdudlaşdırmaq istiqamətindəki təzyiqlərinə baxmayaraq davam edir.
Hindistan Hərbi Hava Qüvvələri bildirir ki, Rusiya texnikasının inteqrasiyası və saxlanması daha asandır və Su-57 onların döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Moskva isə Dehliyə əsas silah tədarükçüsü olaraq qalır.
Musavat.com






