İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranın üstünə belə gəlir

1335 20.02.2026 17:22 Dünya A A

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatır və Vaşinqtonun bölgəyə topladığı qüvvələr mümkün genişmiqyaslı əməliyyat ssenarisini gündəmə gətirir.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp iki nəticəsiz danışıqlardan sonra İranın nüvə proqramıyla bağlı razılaşma üçün 10–15 gün vaxtı olduğunu bildirib.

Əks halda, müharibə başlayacağı mesajı verilib. ABŞ-nin İran sərhədlərinə doğru cəmləşdirdiyi hərbi qüvvələr isə mümkün genişmiqyaslı kampaniyaya hazırlıq kimi qiymətləndirilir.

ABŞ-nin ən müasir və dünyanın ən böyük aviadaşıyıcısı olan “USS Gerald R. Ford” başda olmaqla aviadaşıyıcı zərbə qrupu Cəbəllütariq boğazını keçərək Aralıq dənizinə daxil olub. Qrup İsrail sahilləri yaxınlığında mövqe tuta bilər. “Gerald Ford” 2017-ci ildə istismara verilib və 90-a qədər təyyarə və helikopter daşıya bilir. Eyni sayda hava vasitəsini daşıya bilən “USS Abraham Lincoln“ isə artıq Ərəb dənizində, İranın cənub sərhədləri yaxınlığında yerləşir.

Bölgədə 5-ci nəsil çoxməqsədli F-35 qırıcılarından ibarət böyük qruplaşma cəmləşdirilib. Bu təyyarələr həm hava hədəflərini, həm də yüksək dəqiqlikli silahlarla yerüstü obyektləri vurmaq imkanına malikdir. İordaniyadakı aviabazada 18 F-35 yerləşdirilib, onlarla belə təyyarə aviadaşıyıcılarda da mövcuddur. Təkcə bu həftənin əvvəlində Yaxın Şərqə 50 müxtəlif tipli ABŞ hərbi təyyarəsi göndərilib.

Səudiyyə Ərəbistanındakı aviabazaya Almaniyadan “E-3G AWACS” uzaqmənzilli radiolokasiya təyyarələri göndərilib. Bu “uçan radarlar” 400 km məsafədə hədəfləri aşkar edə və döyüş təyyarələrini idarə edə bilir. İordaniyada həmçinin 6 “EA-18G” radioelektron mübarizə təyyarəsi yerləşdirilib – onlar hava hücumundan müdafiə sistemlərinin radarlarını sıradan çıxarmaq üçün istifadə olunur.

ABŞ ordusunun ağır nəqliyyat təyyarələri iki gün ərzində Yaxın Şərqə 30-dan çox reys həyata keçirib. Onlar əsasən Texasdakı Patriot və THAAD hava və raket əleyhinə sistemlərlə təchiz olunmuş hissələrin bazalarından uçub. THAAD sistemi İsrailin PRO sistemləri ilə yanaşı, İranın əsas raket potensialını təşkil edən ballistik raketlərə qarşı ən müasir vasitələrdən sayılır.

B-2 “stealth” bombardmançıları da yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu təyyarələr ötən ilin iyununda İranın nüvə obyektlərinə zərbələr endirmişdi. Onlar ABŞ ərazisindən qalxaraq havada KC-135 yanacaqdolduran təyyarələrin köməyi ilə bir neçə dəfə yanacaq qəbul edərək əməliyyat həyata keçiriblər.

Bildirilir ki, Yaxın Şərqə cəmləşdirilən ABŞ hərbi qruplaşması 2003-cü ildə İraqa müdaxilədən bəri ən böyük miqyaslı yığımdır. Qüvvələrin sayı 2025-ci ildə baş vermiş “12 günlük müharibə” dövründəki göstəriciləri xeyli üstələyir.

İsrailli hərbi jurnalist Sergey Auslender “МО” nəşrinə bildirib ki, belə böyük qruplaşmanı uzun müddət tam döyüş hazırlığında saxlamaq mümkün deyil. Onun sözlərinə görə, mümkün əməliyyatın iki ssenarisi var: ya Tehranı güzəştə məcbur etmək üçün ağır, lakin məhdud zərbə, ya da rejimin devrilməsinə yönəlmiş genişmiqyaslı kampaniya.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR