ABŞ Cənub Komandanlığının rəhbəri Fransis Donovan Karakas şəhərinə səfər edib və orada yerli hökumət rəsmiləri ilə görüşüb.
Musavat.com xəbər verir ki, məlumatı Cənub Komandanlığı "X" hesabında açıqlayıb:
"O (Donovan - red.) təhlükəsizlik vəziyyətini müzakirə etmək və ABŞ prezidentinin Venesuela üçün üç mərhələli planının həyata keçirilməsini təmin etmək, eləcə də Venesuelanın ABŞ-yə yönəlməsini təşviq etmək üçün müvəqqəti hakimiyyət orqanları ilə görüşüb".
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Venesuela ilə bağlı üç mərhələli planı nəzərdən keçirir. Birincisi, ölkədə sabitliyə nail olmaq; ikincisi, onun yenidən qurulması və Amerika və Qərb şirkətlərinin ölkənin bazarlarına çıxışına icazə vermək; üçüncüsü isə yeni hökumətə keçid.
Musavat.com






