İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin İrana zərbəsinin günü məlum oldu... – təhlükəli ssenari

1573 31.01.2026 03:42 Dünya A A

ABŞ-də yayılan son məlumatlar Vaşinqton–Tehran xəttində gərginliyin daha da artdığını göstərir.

Musavat.com xəbər verir ki, ABŞ-də fəaliyyət göstərən Drop Site News resursunun iddiasına görə, ABŞ-nin İrana qarşı mümkün hərbi zərbələri artıq bu bazar günü başlaya bilər. Mənbə bildirir ki, məsələ ilə bağlı ssenarilər ABŞ administrasiyası daxilində və müttəfiqlərlə müzakirə olunur, qərarın verilməsi isə qısa zaman kəsiyində baş verə bilər.

Məlumatda diqqətçəkən məqam ondan ibarətdir ki, belə bir zamanlama artıq presedentə malikdir.

2025-ci ilin iyununda ABŞ prezidenti Donald Tramp İrana məxsus nüvə obyektlərinə zərbələr endirildiyini Truth Social üzərindən şənbə günü axşam saatlarında elan etmişdi. Həmin açıqlama İran vaxtı ilə artıq bazar gününün erkən saatlarına təsadüf edirdi.

Görünən odur ki, indiki vəziyyətdə də oxşar taktika seçilə bilər. Bu isə o deməkdir ki, rəsmi qərar ABŞ-də şənbə gecəsi açıqlansa belə, Yaxın Şərq regionu üçün proseslər bazar günü səhər tezdən başlaya bilər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR