İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhnədə etdiyi bu hərəkətə görə diplomu əlindən alındı - Ayaqlarını araladı və... - VİDEO

719 04.06.2026 15:15 Dünya A A

ABŞ-nin Çikaqo şəhərində keçirilən orta məktəb məzuniyyət mərasimi sosial şəbəkələrdə böyük rezonans doğuran hadisə ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, 18 yaşlı məzun Tivion Kampbel səhnədə etdiyi rəqsdən sonra diplomundan məhrum edilib.

Hadisə məzuniyyət mərasimi zamanı baş verib. Fərqlənmə diplomu ilə məzun olan Tivion Kampbel adı səsləndiriləndən sonra səhnəyə çıxıb. Lakin o, diplomunu almağa yaxın səhnədə “twerk” kimi tanınan rəqs hərəkətləri etməyə başlayıb.

Zalda olan tələbələr və dostları gənc qızı alqışlarla dəstəkləsələr də, məktəb rəhbərliyi hadisəyə sərt reaksiya verib. Məktəb direktoru Tivion Kampbeli mərasimdən uzaqlaşdırıb və diplomunu geri götürüb.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu əyləncəli və cəsarətli addım kimi qiymətləndirsələr də, digərləri məktəb mərasimində belə davranışın qəbuledilməz olduğunu bildiriblər.

Tivion Kampbel isə Amerika mediasına açıqlamasında rəqsi əvvəlcədən planlaşdırdığını etiraf edib. O bildirib ki, mərasimdən əvvəl dostlarına, ailəsinə və hətta müəllimlərinə səhnədə rəqs edəcəyini dediyini bildirib:

“Hamıya demişdim ki, səhnədə rəqs edəcəyəm. Sadəcə heç kim buna inanmadı”.

Tivion Kampbel hadisədən sonra böyük şok yaşadığını deyib. Onun sözlərinə görə, əvvəlcə diplomun geri çəkilməsini səhv başa düşüb:

“Heç kim mənə baxmırdı. Sonra başa düşdüm ki, diplomumu verməyəcəklər”.

Məktəb rəhbərliyi isə gənc qızın davranışını “məktəb və mərasimin ciddiyyətinə hörmətsizlik” kimi qiymətləndirib. Məktəb direktorunun Tivion Kampbelə “Hamının sevinc gününü şəxsi şouna çevirdin” dediyi bildirilib.

Qeyd edək ki, yüksək akademik göstəricilərlə məzun olan Tivion Kampbel "Georgia State University"ndə biznes təhsili almaq hüququ qazanıb. Hazırda onun diplomunun məktəb rəhbərliyi tərəfindən saxlanıldığı və intizam araşdırmasının davam etdiyi bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR