İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli cinayəti törətməzdən əvvəl BU FOTONU paylaşıb

644 04.06.2026 15:38 Kriminal A A

Türkiyənin Kızıltepe rayonunda parkda baş verən silahlı hücum nəticəsində həyatını itirən 48 yaşlı Deniz Kaplan dəfn edilib.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı saxlanılan şübhəlilərdən biri barədə ortaya çıxan detal isə diqqət çəkib.

Hadisə Yenikent Mahallesi TOKİ Parkında baş verib. Parkda olan Deniz Kaplan naməlum şəxs və ya şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. Bədəninə dəyən güllələr nəticəsində ağır yaralanan Kaplan yaxınlıqdakı şəxslərin məlumat verməsindən sonra xəstəxanaya çatdırılıb.

Kızıltepe dövlət xəstəxanasına aparılan Deniz Kaplanın həkimlərin bütün səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Kaplanın meyiti ekspertizadan sonra ailəsinə təhvil verilib və rayon qəbiristanlığında dəfn olunub.

Qətldən sonra polis genişmiqyaslı əməliyyat keçirərək hadisə ilə əlaqəli olduğu ehtimal edilən iki nəfəri saxlayıb. Şübhəlilərdən biri olan B.Ö. ilə bağlı ortaya çıxan detal isə istintaqın diqqət mərkəzinə düşüb.

Məlumata görə, B.Ö. hadisədən bir neçə saat əvvəl sosial media hesabında qətlin baş verdiyi parkda silahla çəkilmiş fotosunu paylaşıb. Həmin görüntünün istintaq materiallarına daxil edildiyi bildirilib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Musavat.com

Parktaki cinayetin şüphelisi, saldırı öncesi olay yerinden silahlı fotoğraf  paylaşmış - Son Dakika Türkiye Haberleri | Cumhuriyet

Deniz Kaplan

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR