İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Bankı Azərbaycan haqda niyə BƏD proqnoz verdi?

478 04.06.2026 15:42 İqtisadiyyat A A

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şərqi Avropa və Qafqaz regionu üzrə iqtisadi artım proqnozunu bir qədər aşağı salıb.

Bankın son qiymətləndirməsinə görə, region iqtisadiyyatı 2026-cı ildə 2,8% artacaq ki, bu da əvvəlki proqnozdan 0,1 faiz bəndi azdır.

Bununla belə, 2027-ci il üçün artım proqnozu dəyişməz saxlanılaraq 3,9% səviyyəsində qiymətləndirilib.

AYİB bildirir ki, regionda iqtisadi aktivliyin zəifləməsinin əsas səbəbləri enerji idxalı qiymətlərinin yüksəlməsi, həmçinin Ermənistan və Gürcüstanda turizm sektorunda müşahidə olunan yavaşlama ilə bağlıdır.
ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldibQurumun hesabatında qeyd olunur ki, Şərqi Avropa və Qafqaz regionunda iqtisadi artım 2025-ci ildə 2,7%-ə qədər zəifləyib və 2026-cı ildə də təxminən 2,8% səviyyəsində qalacağı gözlənilir. Eyni zamanda, 2027-ci ildə region üzrə artım tempinin 3,9%-ə qədər sürətlənəcəyi proqnozlaşdırılır.
Hesabatda xüsusi diqqət Ukraynaya yönəldilib. Belə ki, ölkənin 2026-cı il üzrə iqtisadi artım proqnozu 2,2%-ə endirilib. AYİB bunu Rusiya işğalının yaratdığı istehsal və logistika problemləri, enerji qiymətlərinin bahalaşması və inflyasiya təzyiqləri ilə əlaqələndirir.
Region ölkələri arasında ən yüksək iqtisadi artımın Gürcüstanda, ən zəif iqtisadi artımın isə Azərbaycanda qeydə alınacağı gözlənilir. AYİB Gürcüstan üzrə bu ilki proqnozu 0,5 faiz bəndi artıraraq 6%-ə çatdırıb. Azərbaycan üzrə bu ilki proqnozu isə dəyişməyərək 2% səviyyəsində saxlayıb.
2026-cı ildə ölkələr üzrə iqtisadi artım proqnozları belədir:
Gürcüstan – 6% (+0,5 faiz bəndi);
Ermənistan – 5,5% (dəyişməyib);
Türkiyə – 3,5% (-0,5 faiz bəndi);
Moldova – 2,8% (-0,2 faiz bəndi);
Ukrayna – 2,2% (-0,3 faiz bəndi);
Azərbaycan – 2% (dəyişməyib).
AYB-nin bəd proqnozu və göstərdiyi səbəblər əsaslıdırmı?
Fikrət Yusifov: "İranda islahatların aparılması üçün hakimiyyət dəyişməlidir" - VİDEO

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, əvvəl verilmiş iqtisadi artım proqnozlarının bir qədər azaldılması cari ilin ötən dövrü ərzində dünyada və ayrı-ayrı regionlarda gedən siyasi və iqtisadi proseslərlə əlaqədardır:

“Baxın, bu gün Hörmüz boğazının ABŞ və İran tərəfindən bağlanması dünya neft və qaz bazarına necə təsir göstərir. Neftin qiymətlərində son illərdə qısa zaman kəsiyində bu qədər valatillik müşahidə olunmamışdır. Belə bir valatillik nəticə etibarılə iqtisadi aktivliyə mənfi təsir edir. İnvestorlar bu cür qeyri-sabit durumda bir növ gözləmə mövqeyi seçmək zorunda qalırlar. İnvestisiyaların azalması isə bir qayda olaraq iqtisadi aktivliyin zəifləməsi deməkdir. Neftin qiymətlərinin kəskin artması enerji qiymətlərinin yüksəlməsinə səbəb olur ki, bu da öz növbəsində iqtisadi fəaliyyətə mənfi təsir göstərir. Barəsində danışdığımız bütün bu məqamlar bir-biri ilə sıx əlaqəlidir – yəni onlar bir zəncir formasında mövcuddular. Bu zəncirin bir həlqəsində baş verən artım və ya azalmalar nəticə etibarilə zəncirin digə həlqələrinə də eyni qaydada təsir edə bilir. Bu səbəbdən beynəlxalq maliyyə institutlarının iqtisadi artımlara dair təqdim etdikləri yeni göstəricilər cari ilin ötən dövrü ərzində dünyanın iqtisadi və siyasi müstəvisində baş vermiş proseslərə uyğun aparılan dəqiqləşmələrdir”.

Ekspert hesab edir ki, ABŞ-İran müharibəsi fonunda Hörmüz boğazının yaxın aylar ərzində açılmaması indi təqdim olunan proqnozları bir neçə aydan sonra bir qədər də dəqiqləşdirməyə - yəni onları bir qədər də azaltmağa gətirib çıxara bilər.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR