İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni səfir, yeni hədəflər: Britaniya-Azərbaycan əməkdaşlığında nələr dəyişəcək?  

236 04.06.2026 16:12 Dünya A A

İyunun 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib. Görüş zamanı səfir etimadnaməsinin surətini təqdim edib, nazir isə səfiri yeni təyinatı münasibətilə təbrik edərək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanın Bakıda fəaliyyətə başlaması siyasi dairələrdə maraqla qarşılanıb. Son illər Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlığın dərinləşməsi fonunda yeni səfirin missiyası xüsusi diqqət mərkəzindədir. Ekspertlər hesab edirlər ki, Londonun Azərbaycana verdiyi əhəmiyyət artmaqdadır və bu təyinat ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə keçidinin növbəti göstəricisidir.

Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Fariz İsmayılzadə Musavat.com-a şərhində bildirib ki, Böyük Britaniya və Azərbaycanın münasibətləri hər zaman yaxşı olub. Deputatın sözlərinə görə, ikitərəfli münasibətlərdə hər zaman müsbət dinamika müşahidə edilib:

“Nəzərə almaq lazımdır ki, Azərbaycanda 30 ilə yaxındır British Petroleum (BP) fəaliyyət göstərir. Britaniya davamlı Azərbaycanla münasibətləri dərinləşdirməyə çalışıb. Bu yanaşma son illərdə özünü daha aydın göstərir. Artıq hər iki ölkə strateji tərəfdaşlıq münasibətləri qurmaq istəyir. Buna dair ilkin bəyanatlar verilib, praktiki işlərə də start verilib. Hər iki tərəfdə sənədlərin hazırlanması prosesi gedir. Ənənəvi neft-qaz sahəsindən başqa, müdafiə sənayesinin inkişafı, kibertəhlükəsizlik, süni intellekt, texnologiyaların transferi, təhsil kimi sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir. Ölkələr arasında humanitar əlaqələr də çox güclüdür. Azərbaycanın “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” üzrə tələbələrin 70 faizi Böyük Britaniya universitetlərində təhsil alır. Ümid edirəm ki, yeni səfirin fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişafında müsbət dinamika artmağa davam edəcək”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR