İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ raketləri İrana doğru? “Tomahawk”ların İraq üzərindən uçduğu iddia edilir VİDEO

876 28.02.2026 11:32 Dünya A A

Sosial şəbəkələrdə və müxtəlif teleqram kanallarında ABŞ-a məxsus "Tomahawk” qanadlı raketlərinin İraq hava məkanı üzərindən İran istiqamətində hərəkət etdiyi barədə məlumatlar yayılıb.

Musavat.com xəbər verir ki, iddialar İsrailin İrana endirdiyi zərbələr fonunda ortaya çıxıb. Daha əvvəl bəzi beynəlxalq media qurumları ABŞ-nin həmin hücumlarda iştirak edə biləcəyi barədə xəbərlər yaymışdı.

Lakin rəsmi Vaşinqton indiyədək nə raketlərin buraxılması, nə də İsrail əməliyyatına birbaşa qoşulması ilə bağlı məlumatları təsdiqləməyib.

Hazırda yayılan informasiyalar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və regionda vəziyyətin sürətlə gərginləşdiyi bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR