İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara qızıl bazarında ciddi təlatüm: Dünya birjalarında neftin qiyməti belə oldu

514 05.06.2026 11:08 İqtisadiyyat A A

Yaxın Şərqdə Hörmüz boğazının qapanması və ABŞ-ın İrana qarşı irimiqyaslı müharibə anonsu verməsi fonunda, ABŞ-ın daxili neft ehtiyatlarının son 22 ilin ən minimal həddinə düşməsi barədə sızan şok xəbərlər dünya enerji birjalarında idarəolunmaz qiymət xaosuna səbəb olub.

Musavat.com xəbər verir ki, qlobal neft bazarında bir neçə saatlıq kəskin ucuzlaşmadan sonra London və Nyu-York birjalarında qara qızılın qiyməti qəfil və sürətli şəkildə yenidən bahalaşmağa başlayıb.

Londonun "ICE Futures" birjasında keçirilən son ticarət əməliyyatlarında "Brent" markalı neftin avqust fyuçersləri rəsmən 0,39 dollar (0,41%) bahalaşaraq bir barel üçün tarixi 95,42 dollar səviyyəsinə yüksəlib.

Qeyd edək ki, dünən keçirilən seansda bu marka kəskin şəkildə 2,78 dollar (2,84%) ucuzlaşaraq günü 95,03 dollarla başa vurmuşdu. Eyni zamanda, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında da analoji rəqəmsal sıçrayış qeydə alınıb. Belə ki, "WTI" markalı yüngül ABŞ neftinin iyul fyuçersləri elektron ticarətdə anlıq olaraq 0,06 dollar (0,06%) artaraq bir barelə görə 93,1 dollara çatıb. Halbuki, bir əvvəlki ticarət sessiyasında bu müqavilə düz 2,98 dollar (3,1%) dəyər itirərək rəsmən 93,04 dollara qədər geriləmişdi.

Beynəlxalq maliyyə ekspertləri və Uoll-strit analitikləri birjalardakı bu qeyri-sabitliyi, Ağ Evin keçmiş energetika məsləhətçisi Bob Maknallinin "Hörmüz boğazı açılmasa, neft bu yay 200 dollara qalxacaq" xəbərdarlığından sonra böyük investisiya fondlarının və treyderlərin kütləvi şəkildə neft müqavilələri toplamağa başlaması ilə izah edirlər. Qlobal ekspertlər qiymətlərin çox yaxın günlərdə 100 dollarlıq psixoloji baryeri darmadağın edəcəyini proqnozlaşdırırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR