İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

734 20.11.2025 01:57 Dünya A A

Musavat.com xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi kibercinayətkarlıqla mübarizə adı altında Rusiyanın beş vətəndaşına qarşı növbəti sanksiyalar paketini açıqlayıb.

Rəsmi məlumatda bildirilir ki, bu şəxslərlə əlaqəli və Rusiya, Böyük Britaniya, Serbiya və Özbəkistanda fəaliyyət göstərən yeddi şirkət də sanksiya siyahısına əlavə olunub.

Vaşinqtonun iddiasına görə, adı çəkilən şəxslər və onlara məxsus strukturlar qlobal kibertəhlükəsizliyə ciddi təhdid yaradan fəaliyyətlərdə iştirak ediblər.

Yeni sanksiyalar çərçivəsində həmin şəxslərin ABŞ-dakı bütün aktivləri dondurulur, Amerika şirkətləri və qurumları ilə maliyyə əməliyyatları qadağan edilir, həmçinin beynəlxalq bank sisteminə çıxışları məhdudlaşdırılır. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR