ABŞ ordusu Şərqi Sakit Okeanda narkotik daşınmasında iştirak etdiyi bildirilən iki gəmiyə zərbə endirib.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Cənub Komandanlığı açıqlayıb. Komandanlığın X səhifəsində dərc olunmuş açıqlamasında deyilir: "Kəşfiyyat gəmilərin Şərqi Sakit Okeanda məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini və narkotik ticarəti üçün istifadə edildiyini təsdiqlədi".
Hücumlarda beş nəfər həlak olub. ABŞ hərbçilərindən heç biri xəsarət almayıb.
Musavat.com






