İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı

586 23.01.2026 19:11 Siyasət A A

Yanvarın 22-də Davosda Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Bakıdakı səfirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Azərbaycan–ABŞ münasibətləri və regional sülh məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər 8 avqust tarixli razılaşmalara sadiqliklərini təsdiqləyib, Cənubi Qafqazda sabitliyin təmin olunması istiqamətində əldə edilən irəliləyişi qeyd ediblər.

Açıqlamada əməkdaşlıq və ticarətin əhəmiyyəti xüsusi vurğulanıb, həmçinin TRIPP təşəbbüsünün regional sülh və iqtisadi inteqrasiya baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb. Görüş Davos Dünya İqtisadi Forumu çərçivəsində baş tutub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR