Musavat.com xəbər verir ki, sentyabrın 10-da Amerika Birləşmiş Ştatlarının Müvəqqəti İşlər vəkili xanım Amy Carlonun təşəbbüsü ilə ABŞ səfirinin iqamətgahında qəbul mərasimi keçirilib.
Tədbirin məqsədi ABŞ-ın ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Michael Hackett və müavin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Anthony Dean Tranchinanı ictimaiyyətə təqdim etmək olub.
Mərasimdə tanınmış media və ictimaiyyət nümayəndələri, deputatlar, o cümlədən "Yeni Müsavat Media Qrupu"nun rəhbəri Rauf Arifoğlu da iştirak edib.
Tədbir zamanı qonaqlar arasında səmimi söhbətlər aparılıb, qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün fikir mübadiləsi həyata keçirilib.
![]()
Yeni mətbuat katibi Anthony Dean (Entoni Din Trekina) Azərbaycan dilində maraqlı çıxış edib.
Həmin çıxışı və digər görüntüləri təqdim edirik.
Musavat.com






