İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə hazırlaşır: NATO-nun 5-ci maddəsinə bənzər model gündəmdə

449 15.12.2025 21:33 Dünya A A

ABŞ Ukraynanın təhlükəsizliyinin təmin olunması ilə bağlı daha konkret və hüquqi öhdəliklər götürməyə hazır olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, Almaniya kansleri Fridrix Merzin açıqlamasına görə, Vaşinqton Ukrayna üçün NATO-nun 5-ci maddəsinə analoji təhlükəsizlik zəmanətləri təqdim edə biləcək hüquqi mexanizmləri müzakirə edir.

Merz bu mövqeni danışıqlarda mühüm dönüş nöqtəsi kimi dəyərləndirib. Onun sözlərinə görə, Qərb bu dəfə əvvəlki səhvlərdən nəticə çıxarıb:

“Bu, açıq şəkildə irəliləyişdir. Biz Minsk razılaşmaları zamanı buraxılan yanlışları yenidən təkrarlamaq niyyətində deyilik”, — deyə Almaniya kansleri vurğulayıb.

Kanslerin fikrincə, təhlükəsizlik zəmanətlərinin hüquqi çərçivədə formalaşdırılması Ukrayna ətrafında aparılan danışıqlarda etimadı gücləndirəcək və prosesə daha real məzmun qazandıracaq. ABŞ-ın bu mövqeyi isə yaxın mərhələdə danışıqların gedişinə ciddi təsir göstərə bilər. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR