Yaxın günlərdə ABŞ və Avropa Ukrayna ilə bağlı bir sıra sənədləri imzalaya bilər.
Musavat.com xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk bildirib.
“Parisdə yekun qərarlar gözləməməliyik. ABŞ-Avropa ortaq mövqeyini təsdiqləyəcək sənədlərin imzalanması yaxın günlərdə, ola bilsin, Vaşinqtonda baş tuta bilər. Bu məsələ hələ də açıqdır”, – Tusk "istəklilər koalisiyası"nın iclası başlamazdan əvvəl qeyd edib.
Musavat.com






