İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Azərbaycan ekspertləri Bakıda toplaşdı - FOTOLAR

1065 18.11.2025 09:26 Siyasət A A

Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumu başlayıb.

Musavat.com xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi Forumun mövzusu “Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu”dur.

Forumda hökumət nümayəndələri, yerli beyin mərkəzləri ilə yanaşı, ABŞ-nin “Atlantic Council”, “New Lines Institute”, Hudzon İnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu kimi beyin mərkəzləri və “The National Interest” jurnalından nümayəndələrin çıxışları gözlənilir.

Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin ilk Forumunda “Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri”, “Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi”, “Enerji təhlükəsizliyi və bağlantılar” mövzularına həsr edilmiş sessiyalar keçiriləcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR