İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Venesuela nefti ilə əməliyyatlara icazə verdi: Çin, Rusiya, Kuba və...

1080 30.01.2026 09:33 İqtisadiyyat A A

ABŞ Maliyyə Nazirliyi Venesuelada neftin ixracına, satışına, saxlanmasına və emalına icazə verən ümumi lisenziya imzalayıb.

Musavat.com nazirliyin açıqlamasına istinadən xəbər verir ki, bu əməliyyatlara ABŞ-da qeydiyyatdan keçmiş hüquqi şəxs tərəfindən həyata keçirildiyi təqdirdə icazə verilir.

Nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) veb saytında yerləşdirilən ümumi lisenziyaya əsasən, ABŞ-da qeydiyyatdan keçmiş qurumlara "Venesuela sanksiyaları qaydaları ilə qadağan edilmiş bütün əməliyyatlar, o cümlədən Venesuela hökuməti, Petróleos de Venezuela, S.A. (PdVSA) və ya PdVSA-nın səhmlərinin 50 faizi və ya daha çoxuna birbaşa və ya dolayı yolla sahib olduğu hər hansı bir qurumla əlaqəli əməliyyatlar, Venesuela mənşəli neftin çıxarılması, ixracı, təkrar ixracı, satışı, təkrar satışı, çatdırılması, saxlanması, marketinqi, alınması, çatdırılması və ya daşınması, o cümlədən bu cür neftin emalı ilə əlaqəli və zəruri olan əməliyyatlar" ilə məşğul olmağa icazə verilir.

Eyni zamanda lisenziya Rusiya, İranda, Şimali Koreyada, Kubada, Çində və ya bu ölkələrə məxsus və ya nəzarət edilən hər hansı bir qurumda yerləşən şəxslərə Venesuela neft sənayesi ilə əməliyyatlar aparmağı qadağan edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR