İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada dövlət səviyyəsində quldurluq qalmaqalı: Viktor Orbanın həbsi tələb olunur

540 04.06.2026 11:03 Dünya A A

Avropa İttifaqının göbəyində dünya siyasətini sarsıdacaq və dövlət quldurluğu kimi xarakterizə edilən görünməmiş bir cinayət faktının pərdəarxası sirləri rəsmən ifşa olunub.

Musavat.com xəbər verir ki, Macarıstanın müstəqil jurnalistlərinin apardığı şok təhqiqat nəticəsində məlum olub ki, ötən il martın 5-də Budapeşt ətrafında Ukrayna dövlətinə məxsus "Oşadbank"ın inkassator maşınlarına və daxilindəki milyonlarla vəsaitə qarşı həyata keçirilən qanunsuz müsadirə və ələkeçirmə əməliyyatının əmrini şəxsən ölkənin o zamankı Baş naziri Viktor Orban verib. Macarıstanın nüfuzlu "Telex" nəşrinin yaydığı gizli hökumət sənədlərinə və rəsmi mənbələrin şok etiraflarına görə, Orban bu radikal və cinayət xarakterli addımı Rusiyanın raket zərbələri nəticəsində zədələnən "Drujba" neft kəmərinin Ukrayna tərəfindən tamamilə qapadılmasına qisas və cavab reaksiyası olaraq atıb.

Jurnalistlər hökumətin daxilində bu qanlı sövdələşmədən birbaşa xəbərdar olan yüksək rütbəli məmurların ifadələrinə istinad edərək, dövlət strukturlarının birbaşa qanunsuzluğa alət edildiyini sübuta yetiriblər.

Bu dəhşətli təhqiqat materiallarına Macarıstanın hazırkı Baş naziri Peter Madyar dərhal rəsmi reaksiya verərək özünün "Facebook" səhifəsində şok bəyanat yayıb. Baş nazir Madyar keçmiş həmkarını kəskin ittiham edərək bildirib ki, Viktor Orban hakimiyyətdə olduğu dönəmdə ölkənin hüquq-mühafizə orqanlarını və xüsusi xidmət (kəşfiyyat) strukturlarını tamamilə "əl rejimində" şəxsən idarə edib və törətdiyi bu beynəlxalq cinayətə, maliyyə quldurluğuna görə mütləq şəkildə qanun qarşısında ən ağır cinayət məsuliyyətinə cəlb olunmalıdır. Beynəlxalq hüquqşünaslar və Avropa rəsmiləri bu hadisəni Macarıstanın beynəlxalq nüfuzuna vurulmuş ən ağır zərbə və Viktor Orbanın siyasi karyerasının tamamilə bitməsinə səbəb ola biləcək hüquqi prosesin başlanğıcı kimi qiymətləndirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR