İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ xaricilərin sosial şəbəkələrini yoxlamaq istəyir – beş illik onlayn aktivlik açıqlanacaq

339 11.12.2025 23:58 Dünya A A

ABŞ Gömrük və Sərhəd Mühafizəsi yeni qayda təklif edib.

Musavat.com xəbər verir ki, bundan sonra bir sıra ölkələrdən vizasız səfər edən turistlər son 5 ildəki sosial şəbəkə aktivliklərini açıqlamalı olacaqlar.

Yeni tələblər Vizasız Giriş Proqramına daxil olan 42 ölkənin vətəndaşlarına şamil edilir. Siyahıya Böyük Britaniya, Fransa, Almaniya, Cənubi Koreya və digər dövlətlər daxildir. Qaydaya əsasən, ABŞ-a daxil olmaq istəyən şəxslər rəqəmsal fəaliyyətlərini xüsusi formanı doldurmaqla əvvəlcədən təqdim etməlidirlər.

“The New York Times” yazır ki, Vaşinqton bu addımla təhlükəsizlik risklərini azaltmağı hədəfləyir. Yeni qaydanın nə vaxt qüvvəyə minəcəyi isə hələlik məlum deyil. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR