İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım əldən gedir: Rusiya kilsəsi müdafiə üçün xüsusi dua hazırladı

454 19.07.2026 02:30 Dünya A A

Rusiya Pravoslav Kilsəsi Krımın müdafiəsi üçün xüsusi dua mətnini təsdiqləyib.

Musavat.com xəbər verir ki, Ukraynanın zərbələrinin isə yarımadada Rusiya ordusunun təminatını getdikcə çətinləşdirdiyi bildirilir.

Rusiya Pravoslav Kilsəsinin təsdiqlədiyi sənəddə Krımın müdafiəsi, Rusiya ordusuna yardım və Rusiyanın "yadelli basqınlardan" qorunması ilə bağlı dualar yer alıb.

The Economist nəşrinin yazdığına görə, Ukraynanın Krıma endirdiyi zərbələr tədricən Rusiya ordusunun logistikasını çətinləşdirir. Nəşr qeyd edir ki, yarımada əvvəllər istehkam hesab olunsa da, indi Rusiya üçün tədricən tələyə çevrilir.

Məqalədə bildirilir ki, əsas hədəflərdən biri Krım körpüsü olaraq qalır. Zərbə təhlükəsi səbəbindən körpü vasitəsilə yanacaq və yüklərin daşınması riskli hesab olunur, ağır yük maşınlarının hərəkətinə isə artıq məhdudiyyətlər tətbiq edilib.

Dənizdə də problemlər yaranıb. Rusiya Qara dəniz donanmasını Sevastopoldan çıxarıb, pilotsuz aparat hücumlarından sonra isə Azov dənizində gəmiçiliyə müvəqqəti məhdudiyyətlər qoyulub.

Hazırda Krımda ehtiyatların kifayət qədər olduğu bildirilsə də, onların yenilənməsi getdikcə çətinləşir. Sakinlər uzunmüddətli saxlanılan ərzaq məhsulları alır, yanacaqdoldurma məntəqələrində isə növbələr yaranır.

Bununla yanaşı, Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin ölkə daxilində yanacaq böhranını daha da gücləndirdiyi qeyd olunur. The Economist yazır ki, Rusiya sakinləri benzinin bu cür çatışmazlığını SSRİ-nin mövcudluğunun son illərindən bəri görməyiblər.

Nəşrin qiymətləndirməsinə görə, Krım üzərindən təchizatın daha da məhdudlaşdırılması Ukraynanın cənubundakı Rusiya qüvvələrinin vəziyyətini ciddi şəkildə çətinləşdirə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR