Rəqqasə Fatimə Fətəliyeva bir müddət əvvəl xəstəxanadan evə buraxılan anası ilə bağlı paylaşım edib.
Sənətçi anası Səkinə xanımla videosunu yayımlayaraq bunları yazıb:
“Allah dünyasını dəyişən bütün valideynlərə rəhmət eləsin, məkanlarını cənnət etsin. Valideynləri sağ olan hər kəsə isə can sağlığı, uzun ömür və onların qədrini bilməyi nəsib etsin. Amin”.
Qeyd edək ki, Fatimə anasının yaddaşını get-gedə itirdiyini açıqlamışdı. (Axşam.az)






