İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu bürclərin həyatı TAM DƏYİŞİR

1565 18.07.2026 21:55 Astrologiya A A

Bu həftə səma yalnız fərdlərə deyil, dövlətlərə, iqtisadi sistemlərə və dünya nizamına da təsir edə biləcək güclü astroloji göstəricilər təqdim edir.

29 iyundan davam edən Merkuri retrosu artıq başa çatır.

Ailədaxili problemlər…

Ünsiyyətdə yaranan anlaşmazlıqlar…

Texnoloji nasazlıqlar…

Gecikən maliyyə məsələləri…

Artıq tədricən öz həllini tapmağa başlayacaq.

Duman çəkilir, həqiqətlər görünməyə başlayır. Lakin eyni zamanda göydə çox güclü bir qarşıdurma dəqiqləşir.

20 iyul tarixində Yupiter-Pluton qarşıdurması öz zirvəsinə çatır. Bu qarşıdurma bizdən yalnız pulu, hakimiyyəti və nəzarəti deyil, bu gücün hansı niyyətlə istifadə edildiyini də soruşur.

Bu həftənin əsas mövzusu:

Pul… Güc… Nəzarət…

DÜNYA SİYASƏTİNDƏ GƏRGİNLİK ARTIR

Bu həftə beynəlxalq münasibətlərdə sərt bəyanatlar və diplomatik qarşıdurmalar arta bilər. Xüsusilə ABŞ, Rusiya, Ukrayna, İsrail və İran ətrafında baş verən hadisələr dünya gündəmini yenidən zəbt edə bilər.

Liderlər arasında qarşılıqlı ittihamlar…

Sərt ritorika…

Razılıq əldə etməyin çətinləşməsi…

Göy üzü bu mövzularda gərginliyin artacağına işarə edir.

NÜVƏ MÖVZUSU YENİDƏN GÜNDƏMDƏ

Nüvə silahları, nüvə proqramları və strateji təhlükəsizlik məsələləri daha çox müzakirə oluna bilər.

Sərt açıqlamalar…

Yeni siyasi bəyanatlar…

Qlobal narahatlığı artıran xəbərlər…

Bu dövrdə emosiyalarla deyil, sağlam düşüncə ilə hərəkət etmək vacibdir.

BANKLAR VƏ MALİYYƏ SİSTEMİ

Bu həftənin ən həssas mövzularından biri maliyyə olacaq.

Banklar…

Böyük maliyyə qurumları…

İnvestisiya bazarları…

Pul sistemləri…

Bu sahələrdə gözlənilməz xəbərlər və dalğalanmalar baş verə bilər.

Maliyyə qərarlarınızı tələsmədən verin.

Riskləri düzgün qiymətləndirin.

Şəffaf olmayan investisiyalardan uzaq durun.

YANĞINLARA VƏ TƏBİƏT HADİSƏLƏRİNƏ DİQQƏT

Od və hava elementlərinin güclü qarşıdurması səbəbindən aşağıdakı mövzular diqqət mərkəzində ola bilər:

- Meşə yanğınları

- Güclü küləklər

- Qaz və partlayıcı maddələrlə bağlı qəzalar

- Vulkan aktivliyi

- Zəlzələ risklərinin artması

Bu həftə yalnız dövlətlər deyil, insanlar da sınaqdan keçir.

“Mənə heç nə olmaz”, “Mən hər şeyi edə bilərəm”, “Mən hamıdan üstünəm” deyən hər kəs üçün həyat mühüm dərslər hazırlayır.

Çünki Plutonun əsas mesajı budur: Heç bir güc əbədi deyil.

MERKURİ RETROSU BİTDİ – İRƏLİLƏMƏ ZAMANIDIR!

Uzun müddətdir gözləyən işlər…

İmzalanmayan müqavilələr…

Ailə məsələləri…

Daşınmaz əmlakla bağlı planlar…

Artıq daha rahat irəliləyə bilər.

Yeni başlanğıclar üçün daha əlverişli dövr başlayır.

YÜKSƏLƏN BÜRCLƏRƏ GÖRƏ 20–26 İYUL HƏFTƏSİ

Qoç Yüksələni

Bu həftə dost çevrəniz, sosial layihələr və gələcəklə bağlı planlar ön plana çıxır. Kimlərin həqiqətən sizin yanınızda olduğunu daha aydın görə bilərsiniz. Güc savaşlarına qoşulmaq əvəzinə ağıllı strategiya qurmaq sizə daha çox qazandıracaq. Maddi risklərdə ehtiyatlı olun və tələsik qərarlar verməyin.

Buğa Yüksələni

Karyera və ailə arasında mühüm seçimlər gündəmə gələ bilər. Rəhbərlərlə və ya nüfuz sahibi insanlarla münasibətləriniz sınaqdan keçə bilər. Ədalətli və təmkinli mövqeyiniz sizi önə çıxaracaq. Uzunmüddətli hədəfləriniz üçün möhkəm təməl qurmağın vaxtıdır.

Əkizlər Yüksələni

Təhsil, hüquq, xarici ölkələrlə əlaqələr və səyahətlər diqqət mərkəzində olacaq. Aldığınız hər məlumata dərhal inanmayın, araşdırın. Dünyagörüşünüzü dəyişəcək hadisələr yaşana bilər. Yeni baxış bucağı gələcəyinizə mühüm təsir göstərəcək.

Xərçəng Yüksələni

Birgə maliyyə, kreditlər, vergilər və miras mövzuları gündəmə gələ bilər. Merkuri retrosunun bitməsi ilə uzun müddət gecikən maliyyə məsələləri hərəkətə keçəcək. Borc və öhdəliklərdə planlı davranın. Duyğularınızla deyil, məntiqlə qərar verməyə çalışın.

Şir Yüksələni

Münasibətləriniz böyük dönüş nöqtəsinə yaxınlaşır. Həm şəxsi, həm də iş ortaqlıqlarında güc balansı yenidən qurula bilər. Təkcə öz fikrinizdə israr etmək əvəzinə qarşı tərəfi dinləmək sizə üstünlük qazandıracaq. 

Qız Yüksələni

İş mühitində dəyişikliklər və yeni məsuliyyətlər gündəmə gələ bilər. Sağlamlığınıza və gündəlik həyat ritminizə daha çox diqqət yetirin. Köhnə iş üsullarını dəyişmək sizə fayda verəcək. Kiçik görünən problemləri böyümədən həll etməyə çalışın.

Tərəzi Yüksələni

Sevgi həyatı, uşaqlarla bağlı məsələlər və yaradıcılıq ön plana çıxır. Qəlbinizlə ağlınız arasında seçim etməli ola bilərsiniz. Münasibətlərdə nəzarəti buraxdıqca daha sağlam bağlar quracaqsınız. Özünüzü ifadə etməkdən çəkinməyin.

Əqrəb Yüksələni

Ev, ailə və keçmişlə bağlı mövzular yenidən gündəmə gələ bilər. Köhnə inciklikləri geridə qoymaq üçün münasib zamandır. Ailə daxilində mühüm qərarlar verilə bilər. Daxili rahatlığınızı qorumaq bu həftə ən böyük gücünüz olacaq.

Oxatan Yüksələni

Ünsiyyət, müqavilələr və yaxın çevrə ilə münasibətlər sürətlənəcək. Düşünmədən deyilən sözlər sonradan peşmanlıq yarada bilər. Yeni tanışlıqlar gələcəyiniz üçün mühüm qapılar aça bilər. Fikirlərinizi sakit və aydın ifadə etməyə çalışın.

Oğlaq Yüksələni

Pul və gəlir mövzuları diqqət mərkəzində olacaq. Gözlənilməz xərclər planlarınızı dəyişə bilər. Büdcənizi yenidən gözdən keçirmək faydalı olacaq. Qazancınızı artırmaq üçün yeni imkanlar da yarana bilər, lakin riskləri düzgün hesablayın.

Dolça Yüksələni

Həyatınızın əsas mövzusu bu həftə siz olacaqsınız. Özünüzü yenidən kəşf edə və gələcək istiqamətinizi dəyişə bilərsiniz. Münasibətlərdə kompromisə açıq olun. Böyük dəyişikliklərdən qorxmayın, çünki onlar sizi daha doğru yola aparacaq.

Balıqlar Yüksələni

Daxili aləminizdə dərin təmizlənmə prosesi başlayır. Keçmiş qorxularınızı və yükünüzü geridə qoymaq üçün güclü imkanlar yaranacaq. Ruhunuza yaxşı gələn insanlarla daha çox vaxt keçirin. İntuisiyanız bu həftə sizə doğru yolu göstərəcək və mühüm qərarlarda ən böyük bələdçiniz olacaq.

 

WhatsApp Image 2026-07-18 at 17.42.28.jpeg (116 KB)

Tünzalə Rafiqqızı, jurnalist-astroloq

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR