ABŞ Müharibə Nazirliyi İordaniyada yerləşən hərbi bazaya İranın raket hücumu nəticəsində iki amerikalı hərbçinin həlak olduğunu bildirib.
Musavat.com xəbər verir ki, məlumata görə, hücum zamanı daha bir ABŞ hərbçisi itkin düşüb, dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bildirilir ki, hücum İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Həlak olan hərbçilərin şəxsiyyəti onların ailələrinə rəsmi məlumat verildikdən sonra açıqlanacaq.
Musavat.com






