İnsanlara hürriyət, millətlərə istiqlal!

Çəkilişlər bitən kimi görünüşünü dəyişdi - VİDEO

390 18.07.2026 23:11 Şou-biznes A A

Aktyor İbrahim Çingiz rol aldığı "IV divar" serialının çəkilişlərini başa vurub.

Sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, 4 ay davam edən çəkilişlərdən sonra serial heyəti ilə vidalaşdığını bildirib.

Aktyor qeyd edib ki, çəkilişlər başa çatan kimi obrazı xatirinə saxladığı bığdan xilas olub:

"4 ay sürən çətin, yorğunluq dolu çəkilişlərdən sonra "IV divar" serialının seti ilə vidalaşdım. Və dərhal əsas atributdan (bığdan) xilas olmaq qərarına gəldim. Çox səmimi, intriqadan uzaq aktyor heyətinə, peşəkar və qayğıkeş çəkiliş qrupuna, hər aktyora fərdi yanaşan və gizli istedadlarını üzə çıxaran rejissor Elvin Rüstəmzadəyə təşəkkür edirəm. Demək istəyirəm ki, arxamca ağlamayın, uşaqlar. Hər hicranın bir vüsalı var".

Qeyd edək ki, "IV divar" serialı AZTV tərəfindən lentə alınır. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR