İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan dünyanı silkələyəcək qərar: ərəblərə təhlükəli icazə

770 19.07.2026 02:45 Dünya A A

ABŞ Prezidenti Donald Trampın administrasiyasının Səudiyyə Ərəbistanına uranı zənginləşdirməyə icazə verən nüvə sazişi hazırladığı bildirilir. Bu qərarın Yaxın Şərqdə nüvə balansına təsir göstərə biləcəyi qeyd olunur.

Musavat.com xəbər verir ki, CNN-in məlumatına görə, ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə enerjisi üzrə razılaşma hələ 2025-ci ildə yekunlaşdırılıb. Lakin sənədin qüvvəyə minməsi üçün Donald Trampın imzası tələb olunur.

Layihəyə əsasən, Səudiyyə Ərəbistanına uranı zənginləşdirmək imkanı veriləcək. Eyni zamanda, sazişdə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) standart gücləndirilmiş nəzarət mexanizmlərindən biri olan "Əlavə Protokol"a qoşulmaq öhdəliyi nəzərdə tutulmur. Bunun əvəzində təminatlar yalnız ABŞ ilə Səudiyyə Ərəbistanı arasında bağlanacaq ikitərəfli razılaşma əsasında tənzimlənəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR