İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi geridə qaldı- Mbappe 22 oyunda 22 qolla dünya futbol tarixini yenidən yazdı

1388 19.07.2026 03:16 İdman A A

Fransa millisinin və Madrid "Real"ının ulduzu Kilian Mbappe dünya futbolunda yeni tarixi səhifə açıb. Cəmi 22 Dünya Çempionatı oyununda vurduğu 22-ci qolla o, mundiallar tarixinin ən məhsuldar futbolçusu adına sahib çıxaraq Lionel Messini geridə qoyub. Mpappe bu uğuruna Dünya Çempionatı 2026-da ölkəsinin İngiltərə ilə oynadığı bürünc medallar uğrunda oynadığı oyunda vurduğu iki qolla nail olub.

Bununla da uzun illər toxunulmaz hesab edilən rekord artıq yeni sahibini tapıb. Mbappenin rekordunun ən diqqətçəkən tərəfi isə bu göstəriciyə inanılmaz sürətlə çatmasıdır. Cəmi 22 oyunda 22 qol vurmaq orta hesabla hər oyuna bir qola bərabər nəticədir. Bu isə Dünya Çempionatları kimi ən yüksək səviyyəli turnirdə misilsiz göstəricidir. Fransız hücumçu 2018-ci ildə dünya çempionu oldu, 2022-ci ildə bombardir adını qazandı, 2026-cı ildə isə rekordları bir-bir yeniləməyə davam edir.

Hazırda ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026 Dünya Çempionatında da Mbappe parlaq çıxışı ilə seçilir. O, turnirdə artıq 10 qol vuraraq bombardirlər siyahısına başçılıq edir və ardıcıl ikinci dəfə mundialın ən məhsuldar futbolçusu olmaq yolunda inamla irəliləyir. Bu nailiyyət reallaşarsa, Mbappe ardıcıl iki Dünya Çempionatında bombardir adını qazanan nadir futbolçu olacaq.

Qeyd edək ki, cəmi 27 yaşında olan Mbappenin qarşıdakı illərdə bu rekordu daha da əlçatmaz etməsi mümkündür. Onun yaş amili, fiziki hazırlığı və qol duyumu nəzərə alınarsa, gələcək mundiallarda da yeni rekordların şahidi olmaq ehtimalı kifayət qədər yüksəkdir.

Bir vaxtlar Miroslav Kloze, Ronaldolar, Gerd Müller, Lionel Messi kimi futbol dahilərinin adı ilə bağlı olan dünya rekordları indi Mbappenin adı ilə tarixə düşür...

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR